BMT-nin Qəzzadakı qırğınlara laqeyd yanaşması

BMT, dünyanın gözü qarşısında İsrailin Qəzzada törətdiyi qırğınlara laqeyd qalmaqda davam edir.

67718
BMT-nin Qəzzadakı qırğınlara laqeyd yanaşması

BMT, dünyanın gözü qarşısında İsrailin Qəzzada törətdiyi qırğınlara laqeyd qalmaqda davam edir.
İsrailə səfər edən BMT-nin baş katibi Ban Ki-mun dünən baş nazir Benyamin Netanyahu ilə görüşdükdən sonra Qəzzadakı qırğınları görməməzlikdən gələrək Həması qınayıb. Həmasın raket hücumlarını qınayırıq deyən BMT-nin baş katibi İsrail xalqına başsağlığı da diləyib. Ban Ki-mun ortaq mətbuat konfransında İsrailin müdafiə haqqını dəstəklədiyini ifadə edərək atəşkəsin bərpa edilməsini və münaqişənin həlli yolunun tapılmasının vacibliyindən də bəhs edib.
Baş nazir Benyamin Netanyahu isə Həması günahlandırıb. O, İsrail özünü qorumaq üçün nə lazımdırsa edəcək deyərək hücumların davam edəcəyi siqnalını da verib.
Bu arada Həmasın rəsmi sözçüsü Sami Əbu Zuhri Həmasın təklifi ilə Qəzza zolağını ziyarət etməyi qəbul edən BMT Baş katibinin bu istəyinin İsrail baş naziri Benyamin Netanyahu tərəfindən rədd edildiyi də qeyd olunub.
İslam Əməkdaşlıq Təşkilatı isə İsrail hücumlarında şəhid olan Qəzzalılar üçün iyulun 25-i cümə günü ortaq matəm elan edilməsinə qərar verib.
Yığıncağın sonunda oxunan bəyanatda İsrailin Qəzzaya hücumu soyqırım olaraq qəbul edilib və İsrailin müharibə cinayətkarı olaraq mühakimə olunması tələb olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr