Obama ilә Netanyahu arasında telefon danışığı olub

ABŞ prezidenti Barak Obama, İsrail baş naziri Benyamin Netanyahu ilə telefonda görüşüb.

65528
Obama  ilә  Netanyahu arasında  telefon  danışığı olub

ABŞ prezidenti Barak Obama, İsrail baş naziri Benyamin Netanyahu ilə telefonda görüşüb.
Ağ Evdən verilәn açıqlamada, Obamanın, son 3 gün әrzindә İsrail baş naziri ilә 2 dəfə danışdığı bildirilib. Görüş zamanı Qəzza Zolağına istiqamәtli tәşkil edilәn quru hərəkatının gündәmә salındığı, Obamanın, Qəzzada dinc sakinlәrin ölümündәn vә sayının hәr ötәn gün artmasından ciddi narahatlıq duyduğunu sәslәndirdiyi, ABŞ dövlәt katibi Kerry-nin yaxında Misirə gedəcəyi mövzusu ilә bağlı Netanyahuya mәlumat verdiyi, Həmasın hücumlarını qınadığı, İsrailin özünü müdafiə haqqına dəstəyinin davam etdiyini sәslәndirdiyi qeyd edilib.
Amerika mətbuatına müsahibə verən dövlәt katibi Kerry də, İsrail və Fələstin arasında atəşkəsin bәrpası üçün səy edildiyini, ancaq bu prosesdә Vaşinqtonun Həmas ilə bazarlıq etməyəcəyini, bölgədə bəzilərinin bunu reallaşdıra bilәcәyini və böhrana daxil olan bütün ölkəlәrin xarici işlər nazirləri ilə danışıqların davam etdiyini vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr