BMT tәhlükәsizlik şurası yığıncağı nәticәsiz sona çatıb

BMT təhlükəsizlik surasının, tәşkil etdiyi yığıncaqdan nәticә әldә edilmәyib.

65448
BMT tәhlükәsizlik  şurası yığıncağı nәticәsiz  sona  çatıb

BMT təhlükəsizlik surasının, İsrailin Qəzza Zolağına istiqamәtli hücum mәsilәsini müzakirә etmәk üzrә tәşkil etdiyi yığıncaqdan nәticә әldә edilmәyib.
İordaniya ilә Fələstinin çağırışına görә tәşkil edilәn vә ABŞ-nın veto təhdidi qarşısında nәticәsiz yekunlaşan yığıncağın sonunda mətbuat açıqlamasını oxuyan Ruandanın BMT yanındakı daimi nümayəndəsi Səfir Eugene-Richard Gasana, (Egәnә riçird Qasana), BMT Təhlükəsizlik Şurası, bölgədəki qarşıdurmaların şiddətlənməsindәn və hәyatını itirәn dinc әhali sayının artmasından narahatlıq duyur. Qarşıdurmaların dərhal sona çatdırılmasını və beynəlxalq humanitar hüquqa hörmət göstərilməsini tələb edir deyib.
Yığıncaqda Misir ilə BMT baş katibi Pan Gi Moonun atəşkəsin bәrpası istiqamәtindәki səylərinə diqqət çəkildiyini ifadə edən səfir Qasana, BMT Təhlükəsizlik Şurasının, İsrail və Fələstin arasında Noyabr 2012-dә imzalanan atəşkəs razılaşmasına geri qayıdılmasının istәnildiyini vurğulayıb.
Fələstinin BMT nәzdindәki daimi müşahidəçisi səfir Riyad Mənsur isə verdiyi açıqlamada BMT Təhlükəsizlik Şurası yığıncaqda qərar qәbul edilmәmәsinin xәyal qırıqlığı yaratdığını bildirib. "Biz İsrailin hücumlarının bir qərar layihәsi ilә pislәnmәsini gözləyirdik. Ancaq Şuranın mətbuat açıqlamasına belə İsrailin nə qədər hörmət göstərəcəyini gözləyib görəcəyik qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr