Avropa İttifaqı narahatlığını dilə gətirib

Avropa İttifaqı, İsrailə yönǝldilmiş raket atışları və İsrailin Qəzzadakı quru hücumu səbəbiylə çox narahat olduqlarını ifadə edərək, bütün tərəflərə dərhal atəşkəs mövzusunda razılıq üçün çağırışı edib.

64225
Avropa İttifaqı narahatlığını dilə gətirib

Avropa İttifaqı, İsrailə yönǝldilmiş raket atışları və İsrailin Qəzzadakı quru hücumu səbəbiylə çox narahat olduqlarını ifadə edərək, bütün tərəflərə dərhal atəşkəs mövzusunda razılıq üçün çağırışı edib.
Avropa İttifaqı, İsrailin özünü müdafiə etmə haqqı olduğunu ancaq bunu yerinǝ yetirirkǝn tarazlı hərəkət etməsi və hər zaman vətəndaşları qorumasının lazım olduğunu ifadə edib.
Avropa İttifaqı Şurasından verilǝn yazılı açıqlamada bildirilib ki, Qəzzada bir qumsalda öldürülən uşaqlar kimi çox sayda uşağın da daxil olduğu çoxlu sayda vətəndaşın ölümünǝ şahid olundu. Bu cür hadisələri təəssüflə qarşılayır və sürətlə istintaq aparılmasını vacibliyi üçün çağırış edirik.
“Humanitar yardımların çatdırılmasına mane olunmaması vacib mǝsǝlǝdir. Yaşanan hadisǝlǝr atəşkəs təmin edilməsi üçün göstǝrilǝn səyləri daha təcili hala gǝtirir”-deyǝ açıqlamada vurğulanıb.
Regional sahǝdǝ ortaqların davam etdirdiyi səylərin, xüsusilə də Misirin təşəbbüsünün məmnuniyyətlə qarşılandığını ifadə edən Avropa İttifaqı, bütün tərəflərə gərginliyi azaltma, zorakılıq və dinç ǝhalinin problemlǝrinǝ son qoyulması barǝdǝki çağırışını bir daha dilǝ gǝtirib.
Açıqlamada o da vurğulanıb ki, bütün israillilər və fələstinlilər üçün sülh və təhlükəsizliyi zəmanət altına alacaq daimi bir həll yolunun tapılması vacibdir. Bu çǝrçivǝdǝ Avropa İttifaqı lazımi dǝstǝyi vermǝyǝ hazırdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr