Qəzzada yaşananlar Dünya məbuatında

İsrailin Qəzzada quru əməliyyatına başlaması bir çox ölkə mətbuatında baş xəbər olaraq yerləşdirilib.

63152
Qəzzada yaşananlar Dünya məbuatında

İsrailin Qəzzada quru əməliyyatına başlaması bir çox ölkə mətbuatında baş xəbər olaraq yerləşdirilib.
Ancaq İsrailin təcavüzü ilə bağlı xəbərlər xüsusilə Avropa mətbuatında Ukraynada vurulan Malayziya təyyarəsi xəbərinin kölgəsində qalıb.
Avropa mətbuatı Qəzzada yaşananları deyil, Malayziya Hava yollarına aid sərnişin təyyarəsinin Ukraynada vurulmasını baş xəbər olaraq təqdim edib.
İsrailin quru əməliyyatı və Qəzzada vətəndaşların qırğını da öndə gedən qəzetlərin ilk səhifələrinə daxil ola bilməyib. Quru əməliyyatı ilə bağlı olayları ictimai media və internet saytlarında da gündəmə gətirən Avropa mediası, İsrailli əsgərin həyatını itirməsinə geniş yer ayırsalarda Qəzzadakı vətəndaşların qırğınına səssiz qalırlar.
İngilislərin BBC və Amerikanın CNN televiziyası hücumu qısa xəbər şəklində təqdim edirlər. Xəbər agentlikləri Reuters və AP-da hücumu son dəqiqə şəklində veriblər.
Ərəb mətbuatı isə başladılan əməliyyatı yaxından təqib edib. Əl Ərəbiyə televiziyası mövzunu canlı olaraq nümayiş etdirib.
İsrailin hücumunu baş xəbər olaraq verən Qatarın Əl-Cəzirə xəbər kanalı da Qəzzadan canlı yayımlanır. Saudi Ərəbistanı mətbuatı isə Amerika Birləşmiş Ştatları və BMT-ni reaksiyasızlıqda ittiham edib.
Rusiya dövlət saytı olan Ria Novosti atəşkəsi Həmasın qəbul etməməsi ilə bağlı xəbər verən nəşrlərdə Qərbin İsraili qınamamasına işarə edib. Rus mətbuatı rəsmi Moskvanın Yaxın Şərqdəki hadisələrlə bağlı balanslı bir siyasət yürütdüyünü də yazıb.

Digər tərəfdən Amerikada buraxılan New York qəzeti, Qəzzaya hərakatı təpələrdən seyr edən film kimi seyr edən İsrailləri xəbər kimi çatdırıb.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr