"İnsanlıq və vicdanı bir daha Fələstin məsələsi ilə sınanır"

Xarici işlər naziri Əhməd Davudoğlu İsrailin Qəzzaya qurudan hücuma başlamasına özünün Twitter səhifəsində münasibət bildirib.

133428
"İnsanlıq və vicdanı bir daha Fələstin məsələsi ilə sınanır"

Xarici işlər naziri Əhməd Davudoğlu İsrailin Qəzzaya qurudan hücuma başlamasına özünün Twitter səhifəsində münasibət bildirib.
Davudoğlu, insanlığın və vicdanının bir daha Fələstin məsələsi ilə sınandığına diqqət çəkərək BMT-nin baş katibi Ban Ki-mun ilə danışdığını ifadə edib.
BMT-nin Təhlükəsizlik Şurasının fövqəladə və açıq tərkibli toplanması üçün cəhd etdiklərini deyən Əhməd Davudoğlu, İslam ölkələrinin Xarici İşlər nazirləri ilə davamlı təmas halında olduqlarını da qeyd edib.
O, bütün ölkələrin İsrailin bu hüquqa zidd addımlarına dur deməsini gözlədiklərini də vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Mǝdǝni ABŞ-nın dövlət katibi Con Kerryi və Qatarlı həmkarı Xalid Bin Məhəmməd Al-Attiyah ilə də danışdığını söyləyən Türkiyənin Xarici işlər naziri İsrailin hücumunun ən qısa müddətdə dayanması ilə bağlı tələbini onlara çatdırdığını da deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr