Bəşər Əsəd and içərək üçüncü dövr üçün vəzifəsinin icrasına başl

Suriya prezidenti Bəşər Əsəd beynəlxalq arenada heç kimin tanımadığı seçkilərin ardınca and içərək üçüncü dövr üçün vəzifəsinin icrasına başlayıb.

131748

And içmə mərasimindəki, çıxışında Bəşər Əsəd ölkədə vətəndaş müharibəsi olmadığını iddia edib.
Millət vəkilləri və onu dəstəklǝyǝnlǝr qarşısında and içdikdən sonra Əsəd çıxışında beynəlxalq gücləri seçkilərdə öz istəklərinə uyğunlaşdırmağa cəhd etməkdə günahlandırıb.
Əsəd 170 min adamın öldürüldüyü ölkədə vətəndaş müharibəsinin olmasını qəbul etməyib.
Suriyada iyunun 3-də keçirilən ancaq başda BMT olmaqla beynəlxalq qurumlar tərəfindən tənqid olunan seçkidə Bəşər Əsədin 88.7 faiz səslə yenidən dövlət başçısı seçildiyi açıqlanıb.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr