Avropa İttifaqı tərəfləri atəşkəsə çağırıb

Avropa İttifaqının açıqlamasında bölgədəki humanitar vəziyyətin pisləşməsindən narahatlıq ifadə edilərək vətəndaşların öldürülməsindən kədər duyulduğu bildirilir.

131745
Avropa İttifaqı tərəfləri atəşkəsə çağırıb

İsrailin Qəzzada vətəndaşları qətlə yetirməsinə səssiz qalmaqda tənqid olunan Avropa İttifaqı tərəfləri atəşkəsə çağırıb.
Avropa İttifaqının açıqlamasında bölgədəki humanitar vəziyyətin pisləşməsindən narahatlıq ifadə edilərək vətəndaşların öldürülməsindən kədər duyulduğu bildirilir.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı Katherine Aştonın müşaviri Maja Kocijancic "Atəşkəs çağırışını bir daha edirik. Bunun qətiliklə lazımlı olduğuna inanırıq" deyə bildirib. O, Avropa İttifaqı üzvü ölkələrin liderlərinin bu axşam Brüsseldə keçiriləcək zirvə toplantısında bu məsələnin də müzakirə olunacağını qeyd edib.
Avropa İttifaqı Xarici İşlər Nazirləri da məsələni bazar ertəsi günü reallaşacaq yığıncaqlarında da müzakirə edəcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr