Con Bayden İraqlı liderlərlə görüşüb

ABŞ-nın vitse-prezidenti Con Bayden İraqlı liderlərlə görüşüb.

127466
Con Bayden İraqlı liderlərlə görüşüb

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Con Baydenin İraqlı liderlərlə telefon danışığında yeni hökuməti fonmalaşdırma prosesinin müzakirә edildiyi bildirilib. Ağ Evdən verilən açıqlamada İraq Kürd Regional bölgәnin rәhbәri Məsud Bərzani ilə, yeni hökumətin konstitusiyada göstərilən müddətlə əlaqədar qalmaqlı bir an əvvəl qurulması mövzusunda həmfikir olduğu qeyd edilib. Yeni hökumətin əsas hədəfi ilk növbədə regional və mərkəzi rəhbərlik arasındakı anlaşılmazlıqları konstitusiya çərçivəsində sülh yolu və cəmiyyətin bütün təbəqələrinin fikirini öyrənərək aradan qaldırmaq olduğu ifadə edilib. Telefon danışığında İŞİD-ə qarşı İraqın bütün olaraq hərəkət etməsinin vacibliyi də qeyd olunub. Birləşmiş Ştatlarının vitse-prezidentinin ikinci telefon danışığı isə Muttahidun Blokunun lideri Usamə Nuceyfi ilə olub. Con Bayden Usamə Nuceyfiliyə yeni hökumət qurma işlərinin təmin edilməsində verdiyi dəstəyə görə təbrik edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr