Fələstinə dəstək

Dünyanın müxtəlif ölkələrində küçələrə çıxan minlərlə insan İsraili qınayaraq Fələstinə dəstək mesajı verib.

126443
Fələstinə dəstək

Dünyanın müxtəlif ölkələrində küçələrə çıxan minlərlə insan İsraili qınayaraq Fələstinə dəstək mesajı verib.
Çin, Fransa, Misir, Şimali Qıbrıs Türk Respublikası və Livan vətəndaşları İsraili şiddətlə qınadıqlarını bildiriblər.
İndonezyada keçirilən Fələstinə dəstək nümayişində prezidentliyə namizəd Prabovo Subianto dünya ictimayyətini İsrailin hücumlarını dayandırmağa çağırıb.
İordaniyada əllərində Fələstin bayraqları olan aksiya iştirakçıları Əmmandakı İsrail səfirliyi qarşısında toplanaraq İsraili qınayıblar.
Amerika Birləşmiş Ştatlarının New York şəhərindəki İsrail əlehinə keçirilən nümayişə bəzi yəhudilər də dəstək verib.
Venesuelanın paytaxtı Karakasda da "Fələstinə azadlıq" şüarları səsləndirilib.
Qeyd edək ki, Venesuela, İsrailin Qəzzadakı hərbi əməliyyatlarını qınayaraq 2009-ci ildə bu ölkə ilə diplomatik əlaqələrini kəsib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr