Srebrenitsa qırğının 19-cu il dönümü anılır

Bosniya və Herseqovinada Srebrenitsa qırğının 19-cu il dönümü anılır.

124328
Srebrenitsa qırğının 19-cu il dönümü anılır

Bosniya və Herseqovinada Srebrenitsa qırğının 19-cu il dönümü anılır. Dünyanın bir çox yerindən təxminən 5 min insan Srebrenitsa soyqırımından qaçanların istifadə etdiyi ölüm yolu adlandırılan ərazidə görüşüblər. Nezuk qəsəbəsində toplanan insanlar marşlar oxuyaraq hərəkət ediblər. İştirakçılar hər gün təxminən 35 kilometr yol qət edirlər. Gecələri isə daha əvvəl təyin olunan yerləşmə nöqtələrində keçirirlər. Bu il onuncu dəfə təşkil edilən "Sülh gedişi'', sabah 175 soyqırım qurbanı üçün toplu cənazə namazının qılınacağı və qurbanların dəfn ediləcəyi Potoçaridəki abidə məzarda son çatacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr