Nigeriyada müsəlman alim qaçırılıb

İslam və Ərəb dili dərsləri verən Abdülgani Cümə ilə həyat yoldaşının silahlı şəxslər tərəfindən qaçırıldığı bildirilir.

120314
Nigeriyada müsəlman alim qaçırılıb

Nigeriyada müsəlman alim qaçırılıb.
İslam və Ərəb dili dərsləri verən Abdülgani Cümə ilə həyat yoldaşının silahlı şəxslər tərəfindən qaçırıldığı bildirilir.
Ölkənin cənub-qərbində yerləşən Ogun əyalətindəki evlərindən şənbə günü səhəri qaçırılan Abdülgani Cümə ilə həyat yoldaşı Şakirahdan hələ heç bir xəbər yoxdur.
Nigeriya Müsəlman Hüquqları Dərnəyindən professor İshaq Akintola ölkənin cənub və cənub-qərb bölgələrində İslamiyyətə qarşı səssiz bir döyüş icra edildiyini deyərək müsəlman din adamlarının hədəfə alındığını söyləyib.
Qeyd edək ki, üç il əvvəl də Nigeriyanın cənub-qərbində müsəlman din adamı Razak Gavat da heç bir iz buraxılmadan itgin düşüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr