İndi də casusluq edildiyinǝ dair xǝbǝrlǝr

Almaniya ilə Amerika Birləşmiş Ştatları arasında yaşanan dinlənmə hadisǝlǝrinin ardından indi də casusluq edildiyinǝ dair xǝbǝrlǝr yayılıb.

118287
İndi də casusluq edildiyinǝ dair xǝbǝrlǝr

Almaniya ilə Amerika Birləşmiş Ştatları arasında yaşanan dinlənmə hadisǝlǝrinin ardından indi də casusluq edildiyinǝ dair xǝbǝrlǝr yayılıb.
Alman Xarici Kəşfiyyat Xidmətində vəzifəli bir casus, Amerika Birləşmiş Ştatları adına casusluq etdiyi səbəbiylə həbs olunub.
Spiegel Jurnalının xəbərinə görə, Alman Kəşfiyyat Təşkilatının poçt işlərində vəzifəli 31 yaşındakı casus, pul müqabilindǝ Amerika Milli Təhlükəsizlik Təşkilatı üçün casusluq edib.
Casusun, 2012-ci ildən etibarǝn 218 mǝxfi sənəd oğurladığı bildirilib.
Xəbərdə, casusun Avstriyada, Amerika kəşfiyyatı ilə 3 dəfə görüşdüyü, mǝxfi sənədləri 25 min avroya satdığı ifadə edilib.
Casusluq xǝbǝrindǝn sonra Almaniya və Amerika Birləşmiş Ştatları əlaqələrində yeni bir böhran yaşana biləcəyi ifadə edilir.
Xatırladaq ki, keçən il Amerika Milli Təhlükəsizlik Təşkilatı tərəfindən Almaniya kansleri Angela Merkelin telefonlarının dinlǝnildiyinin ortaya çıxması iki ölkə əlaqələrində gərginliyə sǝbǝb olmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr