Orta Şərqdə vǝziyyǝt gǝrgin olaraq qalmaqdadır

İsrailli 3 yeniyetmǝ və bir fələstinli gəncin ölümünün ardından Orta Şərqdə vǝziyyǝt gǝrgin olaraq qalmaqdadır.

117238
Orta Şərqdə vǝziyyǝt gǝrgin olaraq qalmaqdadır

İsrailli 3 yeniyetmǝ və bir fələstinli gəncin ölümünün ardından Orta Şərqdə vǝziyyǝt gǝrgin olaraq qalmaqdadır.
Qəzzada müəyyən hədəfləri vuran İsrail, sərhədə dǝ əsgər yerlǝşdirib.
Qəzzadan də İsrailə 6 raket atıldığı iddia edililib.
İsrail xəbər qaynaqları, raket hücumunda 1 əsgərin yüngül yaralandığını bildirib.
Həmasın hərbi qolu İzzəddin əl-Qəssam Tuğayları sözçüsü Əbu Ubeydə, təşkil etdiyi mətbuat konfransında, İsrailin bölgəyə hücum tǝşkil edǝcǝyinǝ dair mǝlumat ǝldǝ etdiklǝrini bildirerek déyib ki, müqavimǝtçilǝrimiz, mücahitlerimiz və bütün xalqımız diqqətli və hazır olmalıdır. Biz, hər ehtimala hazırıq.
İsrail Baş qərargah rǝisi Benny Gantz isǝ deyib ki, biz gǝrginlik yox, dinçlik istǝyirik. Ancaq Həmas bizə qarşı hərəkətə keçməyi seçsə hazır olmalıyıq.
Orta Şərqdə gǝrginliyin artması, beynəlxalq cəmiyyəti da hərəkətə keçirib.
Avropa İttifaqının Xarici Əlaqǝlǝr vǝ tǝhlükǝsizlik siyasǝti üzrǝ ali nümayəndəsi Catherine Ashtonın sözçüsü, İttifaqın Orta Şərqdə baş verǝnlǝrdǝnn son dərəcə narahat olduğunu ifadə edərək bütün tərəfləri maksimum sǝviyyǝdǝ tǝmkinli olmağa çağırıb.
Sözçü, həm üç israilli gəncin həm də Fələstinli gəncin öldürülməsini sǝrt şǝkildǝ qınadıqlarını ifadə edib.
İngiltərə Xarici İşlər naziri William Hague da, İsrailli hǝmkarı Aviqdor Lieberman ilə telefonla görüşüb.
Hague, görüşdə, 3 İsrailli və 1 Fələstinli gəncin öldürülməsindən məsul olanların ədalət qarşısına çıxarılmasının vacibliyindǝn danışdıqlarını deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr