Suriyanın kimyәvi silahları ABŞ gemisindә

Suriyanın kimyəvi silahlarının İtaliyadakı Gioia Tauro Limanında bir gəmidən digərinə ötürülməsi prosesi başa çatıb.

115694
Suriyanın kimyәvi silahları ABŞ gemisindә

Suriyanın kimyəvi silahlarının İtaliyadakı Gioia Tauro Limanında bir gəmidən digərinə ötürülməsi prosesi başa çatıb. Danimarkanın Ark Futura gəmisinin dünən səhər gətirdiyi kimyəvi silahların birinci dərəcəsinə aid olan prioritetli sursatdan ibarət 78 konteynir Gioia Tauro limanında 12 saatı ərzində Amerika Birləşmiş Ştatlarının Cape Ray hərbi yük gəmisinə köçürülüb. Amerika Birləşmiş Ştatlarının Cape Ray gəmisi sıx təhlükəsizlik tədbirləri ilə İtaliya limanından ayrılaraq Aralıq dənizinə çıxıb. Bildirilib ki, birinci dərəcə prioritetli 600 ton kimyəvi hərb materialın tərkibinə yerləşdirilən iki hidroliz sistemi vasitəsi ilə kimyəvi silahlar neytrallaşdırılacaq. Bu prosesin 60 gün ərzində başa çatdırılacağı ifadə edilib. Oda qeyd olunub ki, Danimarkanın Ark Futura gəmisində qalan ikinci dərəcə prioritetli silah-sursatında məhv edilməsi üçün İngiltərə, Almaniya və Finlandiyaya aparılacağı qeyd edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr