Ukraynada ordu hərəkətə keçib

Ukrayna prezidenti Petro Poroşenkonun atəşkəs müddətini uzatmamaqla bağlı qərarının ardından ordu hərəkətə keçib.

115146
Ukraynada ordu hərəkətə keçib

Separatçıların olduğu şərq bölgəsində geniş miqyaslı əməliyyata başlanılıb.
Müdafiə naziri Mikailo Kolave havadan və qurudan təşkil edilən hücumlarda 120 müxtəlif nöqtənin vurulduğunu söyləyib.
Separatçılar isə Ukrayna hava qüvvələrinə aid bir təyyarəni vurublar. Bir Ukrayna əsgəri isə top atəşi nəticəsində həyatını itirib.
Ukrayna Məclisinin sədri Aleksander Turçinov separatçılara qarşı əməliyyatların davam edəcəyini söyləyib. Bu arada atəşkəsin uzadılmaması ilə bağlı qərara Vaşinqtondan da dəstək gəlib.
ABŞ Dövlət Departamentinin sözçüsü Marie Herf Poroşenkonun ölkəsini qorumağa haqqı olduğunu deyərək Ukrayna prezidentinə dəstək verib.
Rusiya prezidenti Vladimir Putin isə atəşkəsi uzatmamaq qərar verən Poroşenkonu sülh yolundan çıxmaqda ittiham edib. Bu arada bölgədə sabitliyin bərpa edilməsi üçün Rusiya, Ukrayna, Almaniya və Fransa xarici işlər nazirləri Berlində görüşəcəklər. Nazirlərin bir neçə saat sonra ortaq mətbuat konfransı keçirmələri gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr