Hökumət qüvvələri ölkənin şərqində yeni bir hərbi əməliyyat başl

Ukraynada atəşkəsin bitməsinin ardınca hökumət qüvvələri ölkənin şərqində Rusiya tərəfdarı separatçılara qarşı yeni bir hərbi əməliyyat başladıb.

113879

Ukrayna ordusu separatçıların mövqelərinə hava hücumu təşkil etdiklərini açıqlayıb.

Separatçıların bir Ukrayna təyyarəsinə atəş açdığını bildirən Ukrayna ordusunun rəsmisi təyyarənin etibarlı bir şəkildə eniş etdiyini ifadə edib.

O, bir ordu vertolyotunun salındığı iddiasını isə rədd edib. Ukrayna Dövlət Başçısı Petro Poroşenko 10 günlük atəşkəsin ardından məğlub olmayacaqlarını açıqlayaraq separatçıların cinayətkar fəaliyyətləri səbəbindən sülh şansına maneə törədildiyini söyləyib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr