3 yəhudi gəncin tapılması üçün əməliyyatlar davam edir

12 gündür davam edǝn əməliyyatda, 529 Fələstinli hǝbs edilib.

106445
3 yəhudi gəncin tapılması üçün əməliyyatlar davam edir

İsrail əsgərləri, qaçırıldığı iddia edilən 3 yəhudi gǝnci tapmaq üçün İordan çayının Qǝrb sahilindǝ əhatəli bir əməliyyat hǝyata keçirir.
12 gündür davam edǝn əməliyyatda, 529 Fələstinli hǝbs edilib.
İsrail müdafiə naziri Moşe Yalon, əməliyyatda sona mǝrhǝliyi çatıldığını gənclərin hǝr an tapıla bilǝcǝyini açıqlayıb.
Həmas mənsublarına qarşı aparılan əməliyyatların müsbət nəticə verdiyini də ifadə edən Yalon, lazım olacağı təqdirdə hǝbs edilmǝ prosesinin davam edəcəyini bildirib.
Xatırladaq ki, İsrail rəhbərliyi, 12 İyunda, Qərb Şəriyədə itən 3 yəhudi gəncin qaçırıldığını iddia etmiş, bu mövzuda Fələstin rəhbərliyini məsul tutmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr