2 ayda 423 adam hǝyatını itirib

Ukraynanın şərqində 15 aprel ilə 20 iyun arasında baş verǝn hadisələrdə aralarında dinc vətəndaşların da olduğu 423 adamın öldürülüb.

106207
2 ayda 423 adam hǝyatını itirib

BMT, Ukraynanın şərqində 15 aprel ilə 20 iyun arasında baş verǝn hadisələrdə aralarında dinc vətəndaşların da olduğu 423 adamın öldürüldüyünü açıqlayıb.
BMT Təhlükəsizlik Şurası, Ukraynanın tələbinǝ görǝ ölkənin şərqində baş verǝn hadisǝlǝri qiymətləndirmək üçün ötǝn gün toplantı tǝşkil edib.
Yığıncağa videokonferans vasitǝsilǝ qatılan BMT Baş katibinin İnsan Hüquqları müavini İvan Simonoviç, Ukrayna tərəfindən elan edilən atəşkəs və sülh planının müsbət addımlar olduğunu deyib.
Simonoviç, "qeyri-qanuni hadisǝlǝr yayılmaqda davam edir. Silahlı qrupların insan haqları pozuntuları və işlədikləri cinayətlər artır" deyə vurğulayıb.
Simonoviç, qorxu ya da sosial-iqtisadi problemlər səbəbindǝn ölkə daxilindǝ evlǝrini tǝrk edǝnlǝrin sayının 46 mini keçdiyini açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının siyasi işlər üzrǝ səlahiyyətlisi Taye-Brook Zerihoun da, Rusiya Dövlət başçısı Vladimir Putinin parlamentdən, Ukraynaya əsgər göndərmə səlahiyyətinin geri alınmasını istəməsini müsbət bir addım olaraq gördüklǝrini ifadǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr