Prezident Gül, Ştaynmayer ilə görüşüb

Abdullah Gül, İstanbulda Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer ilə görüşüb.

102276
Prezident Gül, Ştaynmayer ilə görüşüb

Prezident Abdullah Gül, İstanbulda Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer ilə görüşüb.
Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Huber Köşkündə prezident Gül tərəfindən qəbul edilib. Görüşdə ikitərəfli əlaqələr və Türkiyənin Avropa Birliyinə tam üzvlük prosesi ətrafında müzakirələr aparılıb. Mətbuata qapalı keçən görüş saat yarım davam edib. Türkiyə-Almaniya Strateji Dialoq mexanizminin 2-ci konfransında iştirak etmək üçün İstanbula gələn xarici işlər naziri, səfəri çərçivəsində Türkiyəli həmkarı Əhməd Davudoğlu ilə də görüşüb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr