Tǝbii qaz daşıyan kǝmǝrdǝ partlayış

Ukraynada, Avropaya tǝbii qaz daşıyan kǝmǝrdǝ ötǝn gün partlayış olub.

98423
Tǝbii qaz daşıyan kǝmǝrdǝ partlayış

Ukraynada, Avropaya tǝbii qaz daşıyan kǝmǝrdǝ ötǝn gün partlayış olub.
Әldǝ edilǝn mǝlumata ǝsasǝn, Rusiya qazını Avropaya daşıyan tranzit boru kǝmǝrinin Poltavadakı hissǝsindǝ partlayış yaranıb. Hadisǝdǝn sonra kǝmǝrdǝ yanğın baş verib.
Şahidlǝr, alovların 200 metrǝdǝk yüksǝldiyini bildiriblǝr.
Ukrayna Daxili İşlǝr Nazirliyi, hadisǝdǝ, ilk mǝlumatlara görǝ ölǝn vǝ ya yaralanan olmadığını açıqlayıb.

Daxili İşlǝr Nazirliyi partlayışa betonun altında yerlǝşdirilǝn bombanın sǝbǝb olduğunu açıqlayıb.
Yanğın söndürmǝ işlǝrinin davam etdiyi bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr