ABŞ-ın Misirǝ verdiyi yardım miqdarı azala bilǝr

Amerika Senatına tǝqdim edilǝn qǝrar layihǝsinǝ ǝsasǝn Misirǝ göstǝrilǝn yardımın 400 milyon dollar ixtisar edilmǝsi nǝzǝrǝ alınıb.

98419
ABŞ-ın Misirǝ verdiyi yardım miqdarı azala bilǝr

ABŞ-ın Misirǝ verdiyi yardım miqdarı azala bilǝr.
Amerika Senatına tǝqdim edilǝn qǝrar layihǝsinǝ ǝsasǝn Misirǝ göstǝrilǝn yardımın 400 milyon dollar ixtisar edilmǝsi nǝzǝrǝ alınıb.
Bununla da gǝlǝcǝk il Misirǝ göndǝrilǝcǝk yardım miqdarının 26 faiz ixtisar edilǝrǝk 1 milyard 150 milyon dollar olacağı düşünülür.
Qǝrar layihǝsinin qǝbulundan sonra açıqlama yayan senator Lindsey Graham, misirdǝki son sǝçkinin şübhǝli olduğunu, bu qǝrarla Sisi rǝhbǝrliyinǝ mǝsaj göndǝrildiyini bildirib.
Eyni qǝrar layihǝsindǝ İraqla bağlı yeni düzǝlişlǝr dǝ yer tutub.
Buna görǝ Bağdad rǝhbǝrliyinǝ tǝmin edilǝn hǝrbi yardımların humanitar yardım mǝqsǝdilǝ istifadǝ edilmǝsinǝ imkan verilib.
Qǝrar layihǝsinin qüvvǝyǝ minmǝsi üçün, Konqresin ümum iclasında qǝbul edilǝrǝk tǝsdiqlǝnmǝsi şǝrtdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr