Ukraynada sülh planı tətbiq olunacaq.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası, Prezident Petro Poroşenko başçılığı ilə toplantı keçirib.

98115
Ukraynada sülh planı tətbiq olunacaq.

Ukraynada sülh planı tətbiq olunacaq.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası, Prezident Petro Poroşenko başçılığı ilə toplantı keçirib.
Toplantının açılışında çıxış edən Poroşenko, Luqansk və Donetsk bölgələrindəki vəziyyətə görə, təcili bir araya gəldiklərini söyləyib.
Poroşenko, hazırladıqları sülh planının detallarının da toplantıda müzakirə olunacağını, deyərək “Bu gün veriləcək qərarlara uyğun olaraq, sülh planının tətbiq müddəti təyin olunacaq” deyə vurğulayıb.
Sərhəd təhlükəsizliyinin təmin olunması ilə atəşkəsin rejiminin olmasını deyən Poroşenko, planlaşdırılan atəşkəs müddətinin məhdud olacağını bildirib.
Poroşenko, Luqansk və Donetsk bölgəsində yaşayanların təhlükəsizliyini nəzarət altına almağın vacibliyinə də toxunub.
Separatçılardan cinayət işi törətməyənlərin bağışlanacağını bir daha təkrar edən Poroşenko, sülh planı ilə yerli rəhbərliklərin səlahiyyətlərinin irəliləyiş olacağını, plan daxilində lazım olarsa növbədənkənar ümumxalq seçkilərin keçiriləcəyini vurğulayıb.
Poroşenko, Ukrayna Silahlı Qüvvələrinin imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinə əhəmiyyət verəcəyini qeyd edərək, son əməliyyatlardan sonra sərhəddə itirilən idarənin böyük hissəsinin yenidən təmin edildiyini bildirib.
Poroşenko, Baş nazir və parlament sədri ilə konstitusiyada dəyişiklik edilməsi mövzusunda müzakirə apardıqlarını qeyd edərək, konstitusiya dəyişikliyi layihəsinin bu həftə ərzində imzalanaraq parlamentə təqdim ediləcəyini və yenə bu həftə layihəsini Venesiya Komissiyasına göndərilməsinə ümid etdiyini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr