Dünya Uyğur Türkləri Kayseridə görüşdü

Dünya Uyğur Gəncləri Beynəlxalq Futbol Turnirinun açılış mərasimi Kayseridə olub.

95099
Dünya Uyğur Türkləri Kayseridə görüşdü

Ötən gün Kayseridə Dünya Uyğur Gəncləri Beynəlxalq Futbol Turnirinun açılış mərasimi keçirilib. Mərasim Mehter komandasının nümayişi və İstiqlal himninin oxunmasından sonra başlayıb. Açılış mərasimində çıxış edən AK Partiya Kayseri şəhəri millət vəkili İsmayıl Taner “Baş nazir Rəcəb Tayyib Ərdoğanın da yaxından dəstəklədiyi Uyğur Gəncləri Beynəlxalq Futbol Turniri üçün 9 fəqli ölkədən gələn uyğurları Kayseridə qəbul etməkdən qürur duyuruq” deyib. Kayseri Böyükşəhər Bələdiyyəsi İdman idarəsinin baş direktoru Əli Üstünәl isə, Uyğurların tanınması, beynəlxalq arenada özlərini təqdim etməsi və birlik, bərabərlik üçün idmanın əhəmiyyətinə toxunub. Dünya Uyğur Gəncləri Beynəlxalq Futbol Turniri A və B qrupu belə təyin olunub. A-Qrupunda Qazaxıstan, Türkiyə, Qırğızıstan və ABŞ, B-Qrupunda isə Almaniya, İsveç, Hollandiya, Norveç və Belçika yer alıb. Ötən günkü açılış mərasimində əvvəl və sondakı oyunlarda Qazaxıstan Uyğur Komandası ABŞ-ni 4-0, Qırğızıstan Uyğur komandası isə Türkiyəni 3-0 hesabı ilə məğlub edib. Hollandiya Uyğur komandası İsveçi 7-1, Almaniya Uyğur komandası Norveçi 4-0, İsveçi isə 5-1 məğlub edib. Turnir İyunun 18-də başa çatacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr