ABŞ, yaxın günlərdə qərar verəcək

ABŞ, İŞİD silahlılarının hücumları nəticəsində parçalanma təhlükəsi ilə üz-üzə qalan İraqa necə kömək edəcəyinǝ yaxın günlərdə qərar verəcəyini bildirib.

94322
ABŞ, yaxın günlərdə qərar verəcək

ABŞ prezidenti Barack Obama, Ağ Evdə verdiyi açıqlamada İraqa əsgər göndərməyəcəklərini və başqa cür kömək yolları axtardıqlarını qeyd edib.
“Bir neçə gün içində vəziyyəti nəzərdən keçirib, konqreslə məsləhətləşərək qərar verəcəyəm" deyən Obama, İŞİD təşkilatının yalnız İraq xalqını deyil, Amerikanın maraqlarını da təhdid etdiyini qeyd edib.
Problemin yalnız hərbi yolla həll olunmadığını deyən Obama, “Çox təəssüf ki İraq liderləri bir-birlərinə olan inamsızlıq və məzhəb fərqliliklərinin öhdəsindən gələ bilmədi." deyə vurğulayıb.
Obama,”İraqlıların, birlikdə işə hazır olduqlarına dair zəmanət verdiyi siyasi bir plan olmadığı halda, Amerika hərbi müdaxiləyə qarışmayacaq” deyib


Etiketlәr:

Әlaqәli Xәbәrlәr