Mosuldakı baş konsulluğuna təşkil olunan hücum pislәnib.

İraq Şam İslam Dövləti terror təşkilatının hücumları və Türkiyənin Mosuldakı baş konsulluğuna təşkil olunan hücumlar lәnәtlәnib.

91656
Mosuldakı baş konsulluğuna təşkil olunan hücum pislәnib.

BMT Təhlükəsizlik Şurası, İraqda, İraq Şam İslam Dövləti terror təşkilatının hücumlarını və Türkiyənin Mosuldakı baş konsulluğuna təşkil olunan hücumları tənqid edib. Bölgədə qeyri-sabitliyə səbəb olan terror hücumları nəticəsində xalqın köç etmək məcburiyyətində qaldığı bildirilən məlumatda, İraq hökumətinin terrorizmlə mübarizə aparmaq üçün birlik çağırışı etməsindən məmnunluq duyulur. Məlumatda Türkiyə baş konsulluğuna təşkil olunan hücum və konsulluq əməkdaşlarının girov götürülməsi tənqid olunaraq əməkdaşların tez bir zamanda təhlükəsiz bir şəkildə azad olunması istənilib. Bundan başqa BMT-yə üzv ölkələrdən, İŞİD terror təşkilatına qarşı sanksiyaların tətbiqi və bu təşkilata qarşı hesabların dondurulması, səyahət qadağası və silah satış embarqosuna qadağa qoyulması tələb olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr