5 milyon dollar mükafat
Yoxa çıxan təyyarənin sirrini tapana 5 milyon dollar mükafat
Malayziya hava yollarına məxsus göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olan təyyarə martın 8-də Malayziya vaxtı ilə saat 02.40-da cənub-çin dənizi üzərində radarlardan itib və bu günədək heç bir xəbər yoxdur. Aylardır davam edən axtarışlar bir nəticə verməyib. Yaxınlarının aqibətinin aşkarlanmasını istəyən və bu işdə səlahiyyətli şəxslərin nə isə gizlətiklərini düşünən ailələr kampaniya başladıblar. Belə ki, təyyarənin sirrini tapana 5 milyon dollar mükafat veriləcək. Ailələr "Bəzilərinin nələrsə bildiyinə inanırıq. Ümid edirik ki, bu vasitə ilə hadisənin səbəbləri aşkarlanar” deyə bildiriblər. Qeyd edək ki, təyyarədəki sərnişinlərindən 154-ü çin və Tayvandan, 38-i Malayziyadan, 7-si İndoneziyadandır. Bundan başqa göyərtədə 6 avstraliyalı, 5 hind, 4 fransız, 3 ABŞ vətəndaşı, Yeni Zelandiya, Ukrayna və kanadanın hər birindən 2, Rusiya, İtaliya, Niderland və Avstriyanın hər birindən isə bir vətəndaş olub.
Әlaqәli Xәbәrlәr

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir
Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 510 min 810-u keçib.