ABŞ tarixindəki әn uzun müharibə bu il başa çatacaq.

Prezident Barack Obama ABŞ hәrbçilәrinin Əfqanistandan geri çәkilmәsi ilə bağlıa Әhәmiyyәtli açıqlama verib.

75137
ABŞ tarixindəki әn uzun müharibə bu il başa çatacaq.

ABŞ tarixindəki әn uzun müharibə bu il başa çatacaq.
Prezident Barack Obama ABŞ hәrbçilәrinin Əfqanistandan geri çәkilmәsi ilə bağlıa Ağ Evdә mәtbuata açıqlamasında bildirib ki, cari ilin sonunadәk Əfqanıstanda döyüşәn әsgәr qalmayacaq. 2015-ci ilin sonuna isә ABŞ hәrbçilәrinin sayı 9 min 800 tәşkil әdәcәk. 2016-cı ildә isә bu rәqәm 4 min 900 olacaq.
Obama qoşunların 2017-ci ildә Əfqanıstan әrazisindәn tam çıxarılacağını, bu ölkә ilә әlaqәlәrin sәfirlik sәviyyәsindә davam edәcәyini deyib.
Barack Obama ölkәsinin әsgәrlәrinin Əfqanıstan әrazilәrindә artıq keşik çәkmәyәcәklәrini, Əfqan qoşunlarının gәlәn ildәn etibarәn ölkәnin tәhlükәsizliyindәn mәsulioyyət daşıyacağını qeyd edib.
Xatırladaq ki, Əfqanıstanda xidmət edən Amerika әsgәrlәrinin sayı 32 min 80-dir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr