ABŞ Ukraynadakı seçkilәrә münasibәt bildirib

Vaşinqton rəhbərliyi, Ukraynada keçirilәn prezident seçkilərinә münasibәt bildirib.

73517
ABŞ Ukraynadakı seçkilәrә münasibәt bildirib

Vaşinqton rəhbərliyi, Ukraynada keçirilәn prezident seçkilərinә münasibәt bildirib.

Ağ Evdәn verilәn açıqlamada, ABŞ prezidenti Barak Obamanın seçkilərdə iştirakı səbəbiylə Ukrayna xalqını təbrik etdiyi qeyd edilib. Provokasya və şiddətə baxmayaraq milyonlarla Ukraynalının seçki mәntәqәlәrinә gedәrәk sәs vermәsini yüksәk qiymәtlәndirәn Barak Obama, prezident seçkilərinin ölkədә birlik-bәrabәrlik vә hәmrәylik üçün atılan əhəmiyyətli addım olduğunu, bütün Ukrayna vәtәndaşlarının bu vәsilә ilә narahatlıq və istәklәrini sәslәndirdiklәrini vurğulayıb.

Vaşinqton rəhbərliyinin demoktarik olaraq seçilmiş parlament və prezident ilə, siyasi və iqtisadi islahatların həyata keçirilməsi üçün әmәkdaşlıq edәcәyi ifadә edilәn açıqlamada, Vaşinqton Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünә dәstәk vermәkdә davam edәcәk deyilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr