Suriyada qarşıdurmalar davam edir

Suriyada Bəşər Əsədə sadiq qüvvələrlə müxaliflər arasında toqquşmalar davam edir.

73049
Suriyada qarşıdurmalar davam edir

Suriyada Bəşər Əsədə sadiq qüvvələrlə müxaliflər arasında toqquşmalar davam edir. Suriya İnsan Haqları Komitəsinin məlumatına görə, Əsəd qüvvələrinin müxaliflərin nəzarətində olan bölgələrə aviazərbələr endirməsi nəticəsində Deraa, Dəməşq, Humus, Hələb, Hama, Kuneytra və Deyr Əz Zorda ümumilkdə daha 37 nəfər həyatını itirib. Suriya Yerli Koordinasiya Komitəsinin açıqlamasına görə isə, silahlı müxalifət Hələbin Cəmiyəti Zəhra bölgəsində rejimə məxsus bir binanı partladıb. Çoxlu sayda Hizbullah silahlısı və əsgərin öldüyü bildirilir. Şəhərin İzza bölgəsində rejim əsgərləri ilə silahlı qruplaşmalar arasında şiddətli döyüşlərin yaşandığı bildirilən açıqlamada İslami Cəbhə ilə əlaqəli hərbi qüvvələrin Hələbin Mari qəsəbəsində içərsinə bomba yerləşdirilən avtomobili partlatdığı da vurğulanır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr