ABŞ Milli Təhlükəsizlik Komitəsinə məhdudiyyət

ABŞ Milli Təhlükəsizlik Komitəsinin kəşfiyyat toplama metodlarına məhdudiyyət gətirilir.

72056
ABŞ Milli Təhlükəsizlik Komitəsinə məhdudiyyət

ABŞ Milli Təhlükəsizlik Komitəsinin kəşfiyyat toplama metodlarına məhdudiyyət gətirilir. Mərkəzi Kəşfiyyat Idarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin təqdim etdiyi sənədlər Amerika kəşfiyyat qurumları ilə bağlı tədbirlərin artırılmasına səbəb olub. Telefon danışıqlarının dinlənilmısinə etiraz edən amerikalı siyasətçilər Milli Təhlükəsizlik Komitəsinin müşahidə proqramını məhdudlaşdırmağı qərara alıb. Konqresin Təmsilçilər Palatasında qəbul edilən qanun layihəsi ilə qurumun kütləvi məlumat əldə etmə səlahiyyətinə son verilir. Bu çərçivədə Milli Təhlükəsizlik Komitəsinin agentləri telefon danışıqlarının yazılarını əldə etmək üçün məhkəmədən icazə almalı olacaq. Dəyişiklikliklərin lehinə 303, əleyhinə isə 121 konresmen səs verib. Qanun layihəsi təsdiqlənməsi üçün Senata göndərilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr