Soma üçün yardım kampaniyası

Baş nazirlik, Soma üçün yardım kampaniyası başladıb.

69300
Soma üçün  yardım  kampaniyası

Baş Nazirlik Somadaki mədən faciəsində yaxınlarını itirən ailələr üçün yardım kampaniyasına başlayıb. Baş nazir Rəcəb Tayyib Ərdoğanın adından yayılan yazılı bәyanatda bildirilib ki, yardım fәaliyyәtlәrinin daha tez və doğru aparılması ilə Tәbii Fәlakәtlәr vә Fövqәladә Hallar Komitәsi məşğul olacaq. Somadaki hadisə səbəbi ilə zərər çәkәn və ya yaxınlarını itirən fәhlәlәrin bütün ehtiyacları dövlət imkanları ilə tәmin edilәcәk. Somada yaşanan faciədə zərər çәkәn vətəndaşlara kömək etmək istəyənlər Ziraat, Vakıf və Xalq Banklarında açılan hesablara pul köçürә bilәrlər. 5 lirә qarşılığında bütün GSM operatorları vasitəsi ilə "Soma" yazıb 1866 nömrəyə qısa mesaj göndәrәrәk də kömək etmək mümkündür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr