Suriyanın Dostları Təşkilatının yığıncağı keçirilib

Yığıncaqda Suriyada radikal yolda yeriməyən müxalifət qruplarına dəstək verilməsi qərarına yetişilib.

68671
Suriyanın Dostları Təşkilatının yığıncağı keçirilib

İngiltərədə Suriyanın Dostları Təşkilatının yığıncağı keçirilib və 11 ölkənin xariciişlər nazirləri iştirak edib. Türkiyəni orda Xarici işlər Naziri Əhməd Davudoğlu təmsil edib.

Yığıncaqda Suriyada radikal yolda yeriməyən müxalifət qruplarına dəstək verilməsi qərarına yetişilib. Orda həmçinin uluslar arası ictimaiyyətə çağırış edilib ki, Suriyada təşkil olunacaq dövlət rəhbərliyi seçkisinin nəticələri qəbul edilməsin.

Yığıncaqda, başda Suriya dövlət başqanlığı seçkisi olmaqla rejimin əlindəki kimyəvi silahların tamamının təhvil alınması və radikal yol izləməyən müxalifətə dayaq verilməsi ilə bəşəri yardım mövzuları müzakirə edilib.

ABŞ Dövlət Katibi John Kerry yığıncaqda etdiyi çıxışında deyib: Əsəd rejimi müxaliflərə qarşı xlorin qazından istifadə edir. Müxaliflərə edilən yardımı artırmalıyıq. İyunun 3’ü tarixində Suriyada keçirilmәsi qərarına yetişilən dövlət başqanlığı seçkisi də insanların gözünü boyamaqdan ibarətdir və dünya xalqlarını təhqir mənasındadır.

İngiltərə Başnaziri William Hegue də öz növbəsində deyib: Qan su yerinə axarkən aparılacaq seçki sadəcə olaraq demokratiyanın parodiyasının tamaşaya qoyulması mənasını daşıyar.

Xariciişlər Naziri Əhməd Davudoğlu da yığıncaqdan sonra TRT müxbirinə verdiği açıqlamada deyib: Yığıncaq iştirakçıları müxalifətə verilən dayağın artırılması barədə qəti qərarlıdılar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr