Qәrb vә ABŞ referendumun nəticələrini tanımadı

66658
Qәrb vә ABŞ referendumun nəticələrini tanımadı

Avropa İttifaqı və ABŞ Ukraynada keçirilən referendumun nəticələrini tanımadıqlarının bildirib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton referendumu qondarma adlandıraraq deyib ki, qurum qeyri-qanuni heç bir referendumu tanımayacaq. Eşton tərəfləri Avropa İttifaqı, ABŞ, Ukrayna və Rusiyanın iştirakı ilə Cenevrədə keçirilən dördtərəfli görüşün sonunda qəbul edilən razılaşmanın şərtlərinə əməl etməyə çağırıb. Ketrin Eşton mayın 25-də Ukraynada müstəqil və ədalətli seçkilərin keçirilməsinə dəstək verəcəklərini, bu seçkinin Ukraynanın gələcəyi üçün əhəmiyyətli fürsət olduğunu vurğulayıb. Ağ Evin nümayəndəsi Cey Karni də qeyri-qanuni referendumun Ukraynadakı vəziyyəti daha da gərginləşdirəcəyini deyib. Karni Rusiyanın referendumun qarşısını almaq üçün öz nüfuzundan istifadə etməməsinin təəssüf hissi yaratdığını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr