ATƏT-in hərbi müşahidəçiləri Berlinə aparılıb

Ukraynada olan ATƏT-in hərbi müşahidəçiləri Almaniya Hava Qüvvələrinə məxsus təyyarə ilə Berlinə aparılıb

62393
ATƏT-in hərbi müşahidəçiləri Berlinə aparılıb

Ukraynada olan ATƏT-in hərbi müşahidəçiləri Almaniya Hava Qüvvələrinə məxsus təyyarə ilə Berlinə aparılıb. Almaniya, Danimarka, Çex Respublikası, İsveç və Polşa ordusunun nümayəndələrindən ibarət müşahidəçiləri bu ölkələrin rəsmi şəxsləri qarşılayıb. Hərbi müşahidəçilər hava limanında əvvəlcə ailələri ilə görüşüb. Almaniyanın müdafiə naziri Ursula Von Der Leyen heyət üzvlərinin ölkələrinə qayıtmalarından məmnun olduğunu dilə gətirib. Onun sözlərinə görə, ATƏT ölkələri Ukrayna müşahidəçilərinə dəstək verməyə davam edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr