ABŞ-dan Rusiyaya xәbbәrdarlıq

ABŞ Müdafiə naziri Chuck Hagel, Rusiya Müdafiə naziri Sergey Şoygu ilә bir araya gәlib.

61725
ABŞ-dan Rusiyaya xәbbәrdarlıq

ABŞ Müdafiə naziri Chuck Hagel ( Çak HEYGIL ), Rusiya Müdafiə naziri Sergey Şoygu ilә bir araya gәlib.

Әldә edilәn mәlumata әsasәn danışıqlarda Rusiya müdafiә naziri Sergey Şoygu, Ukraynanı işğal etməyəcəklərinә dair zәmanәt verib.

Ukraynada cәrәyan edәn son proseslәrin tәhlil edildiyi danışıqlarda Hagel, Kiyev hökumətinin öz әrazilәri daxilindә qanunları qoruma haqqına sahib olduğunu vurğulayıb.

Rusiyanın bölgədә sabitsizlik yaradmaqda davam etdiyini ifadә edәn Hagel, bu vəziyyətdə Moskva iqtisadi və diplomatik təzyiqlərə məruz qala bilәr deyib. Ukraynanın şərqində tutulan Avropa Təhlükəsizlik və Әmәkdaşlıq Təşkilatı müfəttişlərinin sərbəst buraxılması üçün Rus hәmkarından yardım istәyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr