Xarici mətbuat,23 avqust 2021

Dünya informasiya vasitələrində gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar

1695641
Xarici mətbuat,23 avqust 2021

“Fransa 24”: 2 Sentyabrda Fransada məktəblərin açılması ilə orta və lisey şagirdlərin Covid-19 əleyhinə peyvənd olmaları üçün kampaniya başladılacaq.

“Le Monde”: Fransada sağlamlıq lisenziyası tətbiqinə qarşı nümayişlər 6 həftədir davam edir, Daxili İşlər Nazirliyinə görə, Fransa daxilində təşkil edilən etiraz aksiyalarına 175.500 -dən çox nümayişçi qatılıb.

 “Fransa 24”: Haitidə baş verən zəlzələdə ölənlərin sayı 2200 -ə yüksəlib. Ölü sayı hər gün artır. Fəlakət bölgəsinə humanitar yardımların çatdırılmasında çətinlik çəkilir.

“El-Vatan” (Oman): Ümumdünya Əfqanıstandan təxliyyələrə fokuslanarkən, Ümumdünya Ərzaq Təşkilatı ağır fəlakətin yaşanmaması üçün lazımlı tədbirlərin həyata keçirilməsini tələb edir.

“El-Zeman” (İraq): İraq Baş naziri Mustafa Əl-Kazimi Küveytə səfərə gedib. “Tagesschau.de”: Almaniyanın bir çox şəhərində keçirilən nümayişlərdə Əfqanıstan vətəndaşının ölkəyə qaçqın kimi qəbul edilməsi tələb edilib.

“Deutsche Welle”: Almaniyada dördüncü dalğa başlayıb. Almaniyada yeni tip koronavirus (Covid-19) hadisələri yenidən artmağa başlayıb. Bu səbəbdən ölkənin bir çox şəhərində qapalı məkanlara ancaq peyvənd vurulanlar və ya test nəticəsi mənfi olanlar ilə xəstəliyi keçirmiş şəxslər qəbul edilir.

“Focus.de”: Avstriya Baş naziri Sebastian Kurz, Əfqanıstandan ölkəyə daxil olan qaçqınları qəbul etmək istəmir. Kurz buna icazə vermiyəcəyini deyib.

“TASS Agentliyi”: Ukrayna Prezidenti Vladimir Zelenski, Rostelekom mobil rabitə şirkəti də daxil olmaqla bir sıra Rusiya şirkətlərini bloklayan fərman imzaladı.

“RIA Novosti”: Rusiyanın xarici işlər naziri Sergey Lavrov: “Şimal axını-2 layihəsi Avropanın enerji təhlükəsizliyiniə uzun müddət töhfə verəcək”.

“İzvestiya qəzeti”: Rusiya Xarici İşlər Nazirliyi, Rusiyanın qısa müddətdə beynəlxalq bank sistemindən (SWIFT) -dən çıxarılması təhlükəsinin olmadığına diqqət çəkib.

“El Pais” (İspaniya): ABŞ Prezidenti Co Bayden, Əfqanıstandan təxliyə prosesində göstərdiyi köməyə görə İspaniyaya təşəkkür edib.

“El Mundo” (İspaniya): İspaniyada aparılan bir araşdırmanın nəticələrinə görə Covid-19-a yoluxan uşaqlarda qeydə alınan qızdırma simptomlarına T hüceyrələrinin zəifləməsi səbəb olur.

“El Nacional” (Venesuela): Venesuela Birləşmiş Həkimlər qrupu, ölkəyə Çindən peyvənd idxalının davam etdiyini lakin rəsmilərin bu barədə açıqlama vermək istəmədiklərini bildirib.



Әlaqәli Xәbәrlәr