Xarici mətbuat, 10 avqust 2021

Dünya informasiya vasitələrində gündəmə dair əks olunmuş xəbərlərdən başlıqlar.

1688406
Xarici mətbuat, 10 avqust 2021

“El-Raya El-Qatariye” (Qətər): Türkiyədə əksər meşə yanğınları söndürüldü

“El-Vatan” (Oman): Çinin koronavirus əleyhinə mübarizə çərçivəsində tətbiq etdiyi məhdudiyyətlər səbəbindən xam neftin qiyməti ucuzlayıb.

“El-Zeman” (Iraq): Birləşmiş Millətlərin hazırladığı iqlim deqradasiyası ilə bağlı hesabatda: “dünya boğulur”

“La Vanguardia” (İspaniya): İspaniyada əhalisinin 60 faizi iki doza koronavirus əleyhinə peyvənd vurulub.

“El Mundo” (İspaniya): Messidən imtina etdikdən sonra şok vəziyyətində olan Barselona; hələ də dörd oyunçu üçün imza gözləyir.

“Infobae” (Argentina): Kanada və UNICEF, ölkədəki sağlamlıq böhranının aradan qaldırılması üçün Kubaya dərman bağışlayıb.

“Tagesschau.de”: Yunanıstanın Baş naziri Mitsotakis yanğınsöndürmə işlərində uğursuzluğa görə üzr istəyib.

“DW”: Alman Səyahət Birliyi (DRV) meşə yanğınlarının baş verdiyi bölgələrə planlaşdırılan səfərlərin ləğvi üçün müraciətlərin minimal olduğunu bildirib.

Tagesspiegel”: BMT -nin hesabatına görə, qlobal istiləşmə həddi 2030 -cu ilə qədər 1,5 dərəcəni keçə bilər.

“TASS”: Rusiya bir neçə İngiltərə vətəndaşının qarşılıqlı prinsipə əsaslanaraq ölkəyə daxil olmalarını qadağan edib.

“RİA Novosti”: Rusiya Xarici İşlər Nazirliyi, Tokionu Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına biganə qalmaqda təqsirləndirib.

“Lenta.ru”: Belarusiya prezidenti Lukaşenko tezliklə vəzifədən kənarlaşacağını acıqlayıb.

“Le Figaro”: Kovid-19: Amerika Birləşmiş Ştatları vətəndaşlarına Fransaya səyahət etməmələrini tövsiyə edir.

“Fransa 24”: Kovid-19: Martinikada ikinci bağlanma dövrü başlayır, turistlərdən adadan ayrılmaları tələb edilib.

“Liberation”: Fransa Prezidenti Emmanuel Makron İranın yeni prezidenti İbrahim Reisiyə çağırış edib ki ölkəsinin nüvə fəaliyyətini dayandırsın.



Әlaqәli Xәbәrlәr