Dünya mətbuatı, 5 avgust 2021

Dünya informasiya vasitələrində gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar

1685881
Dünya mətbuatı, 5 avgust 2021

“El-Zeman” (IRAQ): Türkiyə Amerikanın Əfqanıstanlı miqrantların üçüncü bir ölkədə yerləşdirməsi ilə əlaqəli layihəsinə reaksiya verib.

“El-Raya El-Qatariye” (QATAR): Türkiyədə 33 şəhərdə baş verən meşə yanğınlarının 167-si söndürülüb.

“Le Monde”: Meksika ilk dəfə Amerika silah istehsalçılarına qarşı qanuni tədbirlər həyata keçirməyə başlayıb.

“Le Figaro”: Amerika Birləşmiş Ştatları (ABŞ), peyvənd olunmuş şəxslərin ölkəyə daxil olmalarına icazə verməyi planlaşdırır.

“Fransa 24”: Fransa dövləti hava çirkliliyinə görə 10 milyon avro cərimələndirilib.

“Deutsche Welle”: Almaniyanın Ankaradakı səfiri Jürgen Schultz; Aİ ilə Türkiyə arasında strateji əməkdaşlığı gücləndirmək istədiklərini ifadə edərək, Türkiyənin Avropa İttifaqının ortağı yox, xüsusi bir ölkə olduğunu qeyd edib.

“deutschlandfunk.de”: Türkiyə, Yunanıstan və İtaliyada meşə yanğınları bəzi nöqtələrdə davam edir.

“Spiegel.de”: Ankara ABŞ -ın Türkiyə kimi başqa ölkələrə gedən və müəyyən şərtləri yerinə yetirən Əfqanıstanları qəbul edəcəyi ilə bağlı açıqlamasına reaksiya verib.

“El País” (İspaniya): Şərqi Aralıq dənizi meşə yanğınlarından təsirlənib.

“La Jornada” (Meksika): Venesuela hökuməti və müxalifət arasındaki müzakirələrə cari ayda Meksikada start veriləcək.

“Clarín” (Argentina): Argentina hökuməti “qarışıq peyvənd” tətbiqini təsdiq edib. İlk doza Moderna və ya AstraZeneca vurulanlara, ikinci doza olaraq “Spunic V” peyvəndi vurula biləcək.

“Vedomosti”: Yeddi ölkə (İngiltərə, Fransa, ABŞ, İrlandiya, Norveç, Estoniya və Albaniya) Rusiyaya çağırış edib ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq qərarından imtina etsin.

“İzvestiya”: Beynəlxalq Olimpiya Komitəsi, Belarus idmançısı Kristina Timanovskayanın məşqçilərinin bəzi tənqidləri (və sonra cərəyan edən hadisələr) səbəbiylə ölkəsinə göndərilmək istənilməsinə görə Minskə qarşı bəzi tədbirlərinin görülə biləcəyini bildirdi.

RİA Novosti: Rusiyada xalqa çağırış edilib ki hər altı ayda bir, koronavirus əleyhinə peyvənd olsunlar.



Әlaqәli Xәbәrlәr