Xarici mətbuat, 3 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar

“El-Vatan” (Oman): Braziliya tədqiqatçıları yeni tip koronavirusun (Kovid-19) retinaya mənfi təsir edəbiləcəyi barədə xəbərdarlıq edirlər. Həmçinin virusun peyvəndə müqavimət göstərəbiləcək variantının ortaya çıxa biləcəyi də narahatlıq doğurur.
“El-Zeman” (İraq): Tehran rəhbərliyi İrana qarşı heç bir hücuma biganə qalmayacağını bildirib.
“El-Raya El-Qatariye” (Qətər): Kərgədanlar yox olmaq təhlükəsi altındadır. “Spiegel.de”: Almaniyada 12 yaşdan yuxarı uşaqlara yeni tip koronavirus əleyhinə peyvənd tətbiqinə başlanması qərarına gəlinib.
“Deutsche Welle”: Almaniyada şirkətlər işçilərinə yeni tip koronavirus əliyhinə peyvənd olmağı şərt qoşmayacaqlar.
“Handelsblatt.de”: Almaniyada istehsalçı şirkətlər və müştərilər dizel avtomobillərindən imtina edirlər. Yeni dizel avtomobillərin bazar payının 20 faizdən daha az olduğu qeydə alınıb. Bu da indiyə dək müşahidə olunmuş ən aşağı səviyyəyə hesab edilir.
“El mundo” (İspaniya): Bir qrup alim, Ardales mağaralarında dünyanın ən qədim və Neandertallara məxsus olduqları təsbit edilən rəsmlər tapdılar.
“El Pais” (İspaniya): İspaniyada 20 yaşdan yuxarı olanların yarıdan çoxu yeni tip koronavirus (Kovid-19) əleyhinə ilk doza peyvənd olunublar.
“El Nacional” (Venesuela): Venesuelada yeni tip koronavirusa (Kovid-19) əleyhinə peyvənd olunanların nisbəti qənaətbəxş deyil.
“Le Figaro”: Fransada Kovid-19 səbəbiylə sutka ərzində 51 nəfər həyatını itirib. 1232 xəstə reanimasiyadadır.
“Le Parisien”: Livan Konfransı: Fransa Prezidenti Emmanuel Makron yeni yardım paketi və liderlərə təzyiq etmək istəyir.
“Lenta.ru”: Rusiyanın Tver bölgəsində fırtına nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.
“Sport-express.ru”: Rusiya Voleybol üzrə Milli Komandası Olimpiya Oyunlarının yarımfinalında Braziliya ilə qarşılaşacaq.
“RBK”: Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət departamenti 24 rus diplomatın ölkəni tərk etmə tələbinin səbəbini açıqladı. Dövlət katibliyi mövzu ilə əlaqəli açıqlamasında diplomatların viza müddətinin sona çatdığını lakin uzadılması üçün müraciət hüququna sahib olduqlarını bildirib.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar