Xarici mətbuat, 29 iyul 2021

Dünya informasiya vasitələrində gündəmə dair əks olunmuş xəbərlərdən başlıqlar.

1681895
Xarici mətbuat, 29 iyul 2021

"azertag.az": Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub
"kaspi.az": Putin Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

"Frankfurter Allgemeine Zeitung": ABŞ-ın əczaçılıq nəhəngi "Pfizer" "BioNTech" şirkəti ilə birlikdə inkişaf etdirdikləri yeni növ koronavirus (Covid-19) peyvəndi ilə bağlı gəlirlərini % 29 artırdı və 33,5 milyard dollar olaraq elan etdi.
"Süddeutsche Zeitung": Rok qrupu "ZZ Top"un qurucu üzvü Dusty Hill, 72 yaşında Texasdakı evində dünyasını dəyişdi.
"Deutsche Welle": İqlim böhranındakı son vəziyyətlə bağlı olaraq 13 minə yaxın tədqiqatçı təcili tədbir görməyə çağırdı.
"Elqud Elarabi": Tunis Prezidenti Kays Said tok -şou məhdudiyyətləri səbəbindən ictimai televiziyanın direktorunu işdən kənarlaşdırdı.

Elraya: Hər il 30 türkiyəli tələbə Qətər Universitetində təqaüdlə təmin ediləcək.
"El Pais": (İspaniya) İspaniya üçüncü dəfə Livanda 10 min 200 sülhməramlıya komandanlıq etməyi hədəfləyir.

"El Mundo": (İspaniya) Avropa İttifaqı fondlarının bölgələrə görə bölgüsü muxtar icmalarla Hökumət arasında artıq ilk qarşıdurmanı yaratdı. Hökumət bölgünü tənqid edən muxtar icmalardan fondları geri çəkməklə hədələyir.

"TeleSur": (Venesuela) Ekvador Milli Təhsil İşçiləri Dərnəyinin (UNE) üzv müəllimləri əvvəlki Parlament tərəfindən qəbul edilmiş Mədəniyyətlərarası Təhsil Qanununa edilən islahatlara riayət edilməsini tələb etmək üçün etiraz aksiyası keçirir.

"Lenta.ru": ABŞ Senatının 12 respublikaçı üzvü "Şimal axını-2" ilə bağlı hökumətə ultimatum verdi. Xəzinə naziri Canet Yellenə göndərilən məktubda layihə ilə əlaqədar sanksiyaların tətbiq edilməməsi və hökumətin bu layihəyə yanaşmasının dəyişməməsi halında Maliyyə Nazirliyinə təyinatlara veto qoyulacağı bildirilir.

"RİA Novosti": ABŞ Prezidenti Co Bayden dünən Ağ Evdə Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşdüyünü bildirdi.

"Regnum" agentliyi: Rusiyanın qadın idmançıları Yaponiyada keçirilən Olimpiya Oyunlarında avarçəkmə yarışında gümüş medal qazandılar.

"Le Parisien": (Fransa Prezidenti) Emmanuel Makron onu Hitler kimi təsvir edən plakatları hazırlayan şəxsə qarşı cinayət işi qaldırdı

"Le Figaro": Həbsxanalar (Fransada): İyulun 1 -nə olan məlumata görə 68 minə yaxın məhbus, (saxlanılanların sayı) bir il ərzində 15,7 faiz artıb.

"Le Monde": "Pegasus" (casus proqram): İsrail hadisəni "ciddi qəbul etdiyinə" Fransanı inandırır, Paris "izahatlar" gözləyir.



Әlaqәli Xәbәrlәr