Xarici mətbuat, 02 iyul 2021

Dünya mətbuatında gündəmə dair dərc olmuş xəbərlərin başlıqları

1668474
Xarici mətbuat, 02 iyul 2021

“Deutsche Welle”: Prezident Ərdoğan: “Qadınlara şiddətə qarşı mübarizəmiz davam edəcək”.

“rp-online.de”:Almanlar demokratiyanın mövcud vəziyyətindən narazıdırlar. “Handelsblatt.de”: Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına görə turizmdə normal hərəkətlilik ancaq 2023-cü ildə mümkün olacaq.

“Le Soir”: Belçika Baş naziri Aleksander De Croo, illərdir yaşadıqları Belçikada qanuni status tələb edən 400 nəfəri başlatdıqları aclıq aksiyaya son qoymağa çağırıb.

“Le Monde”: Fransa Prezidenti Emmanuel Makron, "Elle" jurnalına verdiyi müsahibəsində, “Cəmiyyətin tədricən radikallaşdığını görürəm”-deyərək narahatlığını səsləndirib.

“Fransa 24”: Fransa Ədalət Nazirliyində axtarış edilib.

“El País” (İspaniya): İspaniyada gənclər arasında koronavirusun yayılması səbəbiylə, “insidans nisbəti” hər yüz min nəfərdə 134-ə yüksəlib.

“El Universal” (Meksika): Kanada və ABŞ-da rekord temperatur səbəbiylə 480 nəfər həyatını itirib.

“La Tercera” (Çili): fizik, kosmoloq, astronom, nəzəriyyəçi və müəllif olan İngilis Stephen Hawking-in Qara dəlik ilə əlaqəli nəzəriyyəsi gerçək oldu.

“El Quds El Arabi”: İraq Baş Naziri Mustafa Əl Kazimi İraqın regional və beynəlxalq qarşıdurmaların mərkəzinə çevrilməməsini istəyib.

Aljazeera”: NATO qoşunlar Əfqanıstandan çıxarıldıqdan sonra da ölkənin yaxından izlənəcəyini bildirib və buna şiddətin artmasını səbəb göstərib.

El raya”: Qətər və Birləşmiş Millətlər Fələstində ilə əlaqəli cərəyan edən prosesləri müzakirə ediblər.

“RBK”: Rusiyada xalıqın 50%-dən çoxu koronavirus hadisələrinin sayının artması səbəbi ilə yenidən komendant saatı elan edilməsini istəmir.

RİA Novosti: Rusiya ixrac edilmək üzrə silahlı pilotsuz təyyarələrin istehsalına başlayır.

“TASS”: Rusiyanın Nijni Novqorod ərazisində qaz partlaması nəticəsində üç nəfər yaralanıb.

 

 

 



Әlaqәli Xәbәrlәr