Xarici mətbuat, 17 iyun 2021
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

"azertag.az": Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Türkiyə-Uels matçı keçirilib
Azərbaycan və Türkiyə prezidentləri oyuna baxıblar
"trend.az": Şuşa bəyannaməsi Azərbaycanla Türkiyə arasında münasibətlərin müttəfiqlik xarakterini təsdiq edir – Rusiyalı politoloq
"Le Monde": "Covid-19": Bu gündən etibarən Fransada açıq havada maska taxmaq öhdəliyi götürüldü və komendant saatı bazar günüdən etibarən ləğv olundu
"France 24": (Rusiya Prezidenti) Vladimir Putin- (ABŞ Prezidenti) Co Bayden Zirvəsi: "Əməkdaşlıq üçün qarşılıqlı maraq var"
"Le Figaro": Avro-2020: (İtaliyada) Roma Olimpiya stadionu yaxınlığında bomba təhlükəsi. İtaliya mətbuatının verdiyi məlumata görə, stadionun yaxınlığında park edilmiş bir avtomobildə tapılan partlayıcı qurğu məhv edilib.
"Al-Quds Al-Arabi": "New York Times": Nüvə anlaşmasına qayıtmaq İran problemini həll etməyəcək və ABŞ prezidenti Cozef Bayden Suriyadan başlamalıdır
"Al-Quds Al-Arabi": Yəhudi sakinlər İordan çayının Qərb sahilinin şimalındakı fələstinlilərin evlərinə hücum etdilər
"Al-Dustour" (İordaniya): Son on ildə ilk dəfə: Dünyada işləyən uşaqların sayı artdı
"Al-Jazeera": Bir sıra namizədlərin geri çəkilməsi ilə (İranın Ali Lideri Əli) Xamenei İrandakı prezident seçkilərində kütləvi iştiraka çağırdı
"Bild.de": ABŞ Prezidenti Co Bayden: "Putin yeni bir soyuq müharibə istəmir"
"Spiegel.de": Almaniyada koronavirusun Hindistan mutasiyasında artım oldu. Hindistan mutasiyasına Almaniyada aparılan "Covid-19" testlərinin 11 faizində təsadüf edildi.
"Tagesschau.de": Almaniyanın səhiyyə naziri Yens Şpan həddindən artıq maska aldığına görə tənqid edilir.
El País (İspaniya): İspaniya (Covid-19) peyvənd olunma: 40 yaşlarında olanların çoxu ilk dozanı bu ay, 30 yaşlarında olanlar iyul ayında alacaqlar
"La Vanguardia" (İspaniya): Brüssel İspaniyanın 69.500 milyon avroluq xilasetmə planına yaşıl işıq yandırdı
"Infobae" (Argentina): Çili Tibb Akademiyası daha çox "Covid-19" yoluxma hallarının qarşısını almaq üçün üç həftəlik karantin tətbiqinə qayıtmağı tövsiyə etdi
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar