Xarici mətbuat,16 iyun 2021

Dünya infonmasiya vasitələrində gündəmə dair xəbərlərdən başlıqlar

1658895
Xarici mətbuat,16 iyun 2021

“zdf.de”: Almaniyada pandemiya dövründə radikal irqçilik artıb.

 “Deutsche Welle”: Avrozonada  aparılan xalq sorğusu nəticələrinə  görə əksər avropalılar ölkələrində korrupsiyanın artdığı  nəzərindən müdafiə edirlər. “ard.de”: Almaniyada inflyasiya nisbəti son 10 ilin ən yüksək səviyyənə çatıb.

“əl-Dustur” (Jordan qəzeti): Qüdsdəki İsrailli Yəhudilərin bayraq yürüşü Naftali Bennettin rəhbərlik etdiyi İsrail hökumətinin ilk sınağı olub.

“El-Qüds el-Arabi” (Ərəb-İngilis qəzeti): İsrail Qəzza zolağına aviazərbələr endirib.

“El-Raye El-Qatariyye” (Qətər Qəzeti): Ərəb Birliyinə üzv ölkələrin xarici işlər nazirləri, BMT Təhlükəsizlik Şurasını Ennahda Anbarı ilə  əlaqili cərəyan eden prosesləri müzakirə  etmək üzrə təcili iclas keçirməyə çağırıblar.

“Le Figaro”: “Koronavirusun ABŞ-da 2019-cu ilin dekabr ayında qeydə alındığı irəli sürülüb.  

“Le Parisien”: “Fransa Baş Naziri Jean Castexin karantin müddəti sona çatdı. Baş nazir daha nazirlər şurası iclaesına  qatıla biləcək.

“Fransa 24”: AVRO -2020 maçında Fransa Almaniyanı 1-0 hesabla  məğlub edib.

“El Pais”: (İspaniya) İspaniyada Kral adoministrasiyası  Kataloniya Prosesi məhbuslarının əfvinə dair siyasi müzakirələrdən narahatdır.

“El Mundo”: İspaniyadakı Ultra zənginlərin 13%-ü, Covid-19 epidemiyası dövründə böyük nisbətdə  sərvətlərini itirib.

“TeleSur”: Pedro Castillo Perudakı prezident seçkilərində qalib gəlib.

Peru Dövlət seçki komitəsindən  açıqlanan nəticələrə  görə Peru Libre (Azad Peru) partiyasının namizədi Pedro Castillo səslərin 50.125 faizini (8.835.579 səs), Fuerza Popuların (Xalqın gücü) namizədi Keiko Fujimori isə 49.875% faizini toplayıb.

“Lenta.ru”: St.Sankt-Peterburq Universiteti alimləri iyul ayının yarısı etbari ilə Rusiyada koronavirus hadisələrində zirvənin qeydə alınacağını  ehtimal edirlər.

 “TASS”: Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya ilə ABŞ arasında dialoqun, SSRİ dövründən daha da zəif  olduğunu lakin  iki ölkə  arasında müzakirə ediləsi   bir çox məsələnin olduğunu qeyd edib.

“İzvestiya”: ABŞ-ın keçmiş dövlət katibi Mike Pompeo, ABŞ prezidenti Co Baydenın 16 iyun (bu gün) Rusiya prezidenti Vladimir Putinlə keçirəcəyi görüşdən sonra birgə mətbuat konfransına qatılmayacağını açıqlaması onun zəif olduğunun  əlamətidir deyib.  

 



Әlaqәli Xәbәrlәr