Xarici mətbuat, 10 iyun 2021

“Deutsche Welle”, “tagesschau.de”, “Handelsblatt.com”, “France 24”, “Le Monde”, “Le Matin”, “Al Jazeera”, “Al-Raya”, “El Mundo”, “El Pais”, “El Nacional”, “Gazeta.ru”, “Komsomolskaya Pravda” və “Rossiyskaya gazeta” nələrdən yazır?

1655159
Xarici mətbuat, 10 iyun 2021

 

Deutsche Welle”: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Co Bayden arasında 14 iyunda Brüsseldə reallaşacaq ilk üz-üzə görüş üçün gerisayma sürərkən rəsmi Ankara-Vaşinqton-Brüssel xəttində tarixi diplomatik müzakirə müddəti yaşanır.

tagesschau.de”: Almaniyanın Hessen əyalətində irqçi mesajlaşma qruplarında paylaşmalar etdikləri üçün 20 polisin ev və iş yerində axtarış aparılıb.

Handelsblatt.com”: Dünyanın ən böyük avtomobil tədarükçüsü “Bosch” Almaniyada maşınlar üçün 1 milyard avro sərmayə ilə CİP istehsalı fabriki qurdu.

France 24”: Təcrid hərəkətdirmi, yoxsa daha dərin bir hirsin ifadəsidirmi? Fransa prezidenti Emmanel Macrona yumruq hadisəsi Fransada bölünməyə gətirib çıxarıb.

Le Matın”: İsveçrenin Cenevre şəhərində qızdırma hadisələrində narahatlıqverici artım qeydə alınıb.

Al-Jazeera”: İşğal altındakı Fələstin torpaqlarında yəhudi gəlmələrinin təxribatları artır və rəsmi Vaşinqton sükunət içindədir.

Al-Jazeera”: Suriyanın Haseke bölgəsində patrul maşınını hədəfə alan partlayışda bir Rusiya əsgəri ölüb, üçü yaralanıb.

Al-Raya” (Qətər): Birləşmiş Millətlər Təşkilatının Fələstindəki humanitar yardım üzrə koordinatörü Lin Hastinqs (Lynn Hastings) beynəlxalq cəmiyyət və təşkilatları Qəzza xalqına kömək etmək üçün daha çoxunu etməyə çağırdı.

“El Mundo” (İspaniya): İspaniyada alimlər bir çox insanın koronavirusu asemptomatik (simptom göstərmədən) keçirməsini təmin edən gen kəşf etdilər.

“El Pais” (İspaniya): Avropa Parlamenti tərəfindən İspaniyanın sərhəd şəhəri Seutada yaşanan immiqrant böhranına görə Mərakeş haqsız hesab olundu.

El Nacional” (Venesuela): Peruda seçkiləri itirən Keyko Fuximori (Keiko Fujimori) 200 minə qədər səsin etibarsız sayılmasını tələb edir.

“Gazeta.ru”: Rusiya ilə Türkiyə arasındakı uçuşlar iyul ayında başlaya bilər.

“Komsomolskaya Pravda”: Rusiya prezidenti Vladimir Putin “Ukrayna prezidenti Vladimir Zelenski ilə danışmalı çox şey var. Rusiya və Ukrayna əlaqələrində bir çox problem yığılmışdır” dedi.

“Rossiyskaya gazeta”: Moskva Şəhər Məhkəməsi Rusiya müxalifət başçısı Aleksey Navalnı tərəfindən nəzarət edilən fondları “ekstremist” adlandıraraq “təmizlik” apardı.

 



Әlaqәli Xәbәrlәr