Xarici mətbuat, 08 iyun 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar

“Le Soir”: Belçikanın paytaxtı Brüsseldə 9 iyundan etibarən sıxlıq və ticarət mərkəzlərinin olduğu prospektlər istisna olmaqla çöldə maskadan istifadə məcburiyyəti olmayacaq.
“Le Monde”: Ümumdünyada Kovid-19: İspaniya peyvənd vurulmuş turistlərin ölkəyə daxil olmalarına yenidən icazə verir.
“Fransa 24”: Aparılan bir araşdırmanın nəticələrinə görə polis məmurlarının təxminən dörddə birində özünə qəsd etmək düşüncəsi daha güçlüdür.
“El dustour”: Livanda aksiyaçılar neft və elektrik enerjisinin kəsilməsinə etiraz məqsədi ilə yolları bağlayıblar.
“El quds El arabi”: Fələstin müqavimətinin xəbərdarlıqları işğalçı ordunu Dəmir Günbəzi yerləşdirməyə istiqamətləndirərkən, Qüdslülərin hazırlıqları qarşısında məskunlaşanlar təxribatçı yürüşlərini ləğv etmək məcburiyyətində qaldı.
“El dustour”: Ərəb Birliyi İsraili Qüdsdəki vəziyyəti daha da gərginləşdirəcək addımlar mövzusunda xəbərdarlıq edib.
“El País”, İspaniya: İspaniya Avropada səyahət edə bilmək üçün rəqəmsal sertifikat istifadəsinə başlayır.
La Vanguardia, İspaniya: İspaniyanın Baş naziri Pedro Sanchez və Kataloniya Prezidenti Pere Aragones yeni bir dialoq və razılaşma mərhələsinə başlamaq barədə razılığa gəliblər.
“El Comercio”, Peru Dövlət Seçki Komitəsi keçirilən prezident seçkilərində səslərin 93,66% -nin sayıldığını, Pedro Castillo-nun 50,18% səs toplayaraq rəqibi Keiko Fujimori-ni(49,82) qabaqladığını bildirib.
“Tagesschau.de”: Almaniyada pensiya yaşı 68-ə qaldırıla bilər. Parlamentdə deyilir ki, təqaüd yaşı 68 olmasa, iqtisadi böhranla üzləşiləcəkdir.
“Frankfurter Rundschau”: Robert Koch İnstitutunun hesabatına görə Almaniyada koronavirus (Kovid-19) hadisələri hər keçən gün daha da azalır.
“Spiegel.de”: Almaniya kansleri Angela Merkel Maska qalmaqalı mövzusunda səhiyyə naziri Jens Spahn-ı müdafiə edir.
TASS: Çin Rusiya Federasiyası ilə Koreya yarımadası məsələsində dialoqu intensivləşdirməyə hazır olduğunu bildirdi.
RİA Novosti: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Co Bayden Ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon əlaqəsi qurub və onu bu yay Vaşinqtona dəvət edib.
“RBK”: Rusiyanın ABŞ-dakı səfirliyi ABŞ-ın Skandinaviyadakı “Arctic Challenge” hərbi təlimlərində iştirakını təxribat kimi qiymətləndirdi.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar