Xarici mətbuat, 31 may 2021

Xarici informasiya vasitələrində Türkiyə və dünya gündəminə dair xəbərlərdən başlıqlar

1648662
Xarici mətbuat, 31 may 2021

 

“el-Dustur” (İordaniya qəzeti): Minlərlə israilli yenidən İsrail Baş naziri Binyamin Netanyahu əleyhinə aksiya keçirib.

“el-Qüds el-Arabi” (Ərəb-İngilis qəzeti): İsrail qüvvələri Livan sərhədinə keçərək ölkə ərazilərində axtarış əməliyyatı aparıb. Hərbçilər daha sonra Livandan çıxıb.

“el-Raye el-Qatariyye” (Qətər Qəzeti): İsrail Qüdslü olan birini yeni doğulan körpəsinə “Seyf əl-Qüds (Qüds Qılıncı)” adını qoyduğu üçün həbs edib.

“AS Qəzeti” (İspaniya): Basketbol üzrə Anadolu Efes komandasının iki ulduzu Barselonanın Avropa Liqası Çempionu olmasına mane olub.

“La Tercera” (Çili): Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Michelle Bachelet, Kolumbiyadakı etiraz aksiyaları zamanı ölümlə nəticələnən hadisələri araşdıracaq müstəqil bir komissiya yaradılmasını tələb edib.

“el Tiempo” (Kolumbiya): Kolumbiyalı velosipedçi Egan Bernal 2021-ci il İtaliya Turunu qazandı.

“Tagesschau.de”: Almaniyada koronavirus hadisələrinin sayı rekord nisbətdə azalıb.

Süddeutsche Zeitung”: Almaniyada pulsuz və sürətli koronavirus testi xidməti çatdıran klinikalarda bəzi pozuntular qeydə alınıb.

“Deutsche Welle”: Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Yunanıstana səfərə gedib. Nazirin səfəri iki gün davam edəcək.

“Le Monde”: İsrail Baş naziri Binyamin Netanyahunun vəzifəsi, müttəfiqlərindən biri tərəf dəyişdirdiyi üçün təhlükə ilə üz-üzə gəlib.

“Fransa 24”: İngiltərədə Baş nazir Boris Johnson gizli mərasimlə evlənib.

“Le Figaro”: (Fransada bütün yetkinlər Kovid-19 əleyhinə vaksinasiya olmağa dəvət edilib.

“Regnum agentliyi”: Rusiya Xarici İşlər Nazirliyi ölkənin “SWIFT” beynəlxalq bank sistemindən çıxarılması ehtimalına qarşı bəzi tədbirlər görüldüyünü bildirib.

“Kommersant qəzeti”: Belarusiya Xarici İşlər Naziri Vladimir Makey, NEXTA Telegram-ın qurucusu jurnalist Roman Protaseviç ilə birlikdə 23 Mayda Minskə təcili eniş etmək məcburiyyətində olan Ryanair təyyarəsində yaxalanan Rusiya vətəndaşı Sofia Sapeganın ancaq prezidentin qərarı ilə Rusiyaya təhvil veriləbiləcəyini, əks təqdirdə Belarusiyada mühakimə olunacağını qeyd edib.

“RİA Novosti”: Mərkəzi Afrika Respublikasında baş verən partlayışda 3 Rusiya vətəndaşı həyatını itirib.

 



Әlaqәli Xәbәrlәr