Xarici mətbuat, 4 may 2021

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1633351
Xarici mətbuat, 4 may 2021

"azertag.az": Prezident İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

"trend.az": Bayden 907-ci düzəlişin dayandırılmasını uzatmaqla ABŞ-ın Azərbaycana birbaşa yardımına icazə verib

"el-Düstur" (İordaniya qəzeti): İsrail Donanmasına aid qayıqlar, Fələstinin Qəzza sahillərində balıqçı gəmilərinə atəş edərək hücum reallaşdırdı.

"el-Qüds el-Arabi (Ərəb - İngilis qəzeti): Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsinin silahlı mühafizəçiləri bir şəxsin agentliyin Vircinya ştatındakı mənzil-qərargahına soxulmağa cəhd etməsinin qarşısını aldı.

"el-Raye el-Qatariyye" (Qətər qəzeti): ABŞ-ın İraqdakı hərbi bazasına raket hücumu.

"Le Monde": Tənqidlərdən sonra ABŞ prezidenti Co Bayden 2021-ci il maliyyə ilində qaçqınların qəbulu limitini 62,5 min nəfərə qədər artırdı.

"Le Figaro": "Covid-19"un laboratoriyadan sızması ehtimalı yenidən gündəmdədir

"Le Soir" (Belçika): Səyahətlər və "Covid-19" mövzusunda Avropadakı qaydalar getdikcə daha da mürəkkəbləşir

"El Pais" (İspaniya): İspaniya "Covid-19" əleyhinə peyvəndlənmədə ilk hədəfinə çatdı: 5 milyon insana iki doza payvənd vuruldu.

"El Mundo" (İspaniya):  Madrid bölgəsi bələdiyyə seçkiləri üçün görülən tədbirlər: 7.700 zabit, 5 milyon maska və 45 min sipərlik.

"Telesur" ( Venesuela): ABŞ (keçmiş prezident Donald Trampın dövründə) ayrılmış mühacir ailələrini bir araya gətirir.
"Welt.de": Almaniyanın Münhən şəhərində qeyd olunan məşhur "Oktoberfest" (Oktyabr Şənliyi) bu il "Covid-19" səbəbiylə keçirilməyəcək.

"Süddeutsche Zeitung": Almaniya hökuməti "Covid-19"-a qarşı peyvənd olunanlar üçün istisnalar planlaşdırır.

"Deutsche Welle": Almaniyaya səyahət: İcazəsiz peyvəndlər qiymətləndiriləcək.

"Russia Today" (RT): Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya hökumətinin SWIFT-dən (banklar arasında elektron fond köçürmə standartını təmin edən sistem) xaric olma ehtimalını hələ də bir fərziyyə olaraq gördüyünü, lakin risklərin və mümkon olan zərərin azaldılması üçün fəaliyyətləri davam etdirdiyini bildirdi.

"TASS" agentliyi: Ermənistan Baş prokurorluğu dövlət başçısının ikili vətəndaşlığı səbəbi ilə iddia qaldırdı. Prezident Armen Sarkisyan Britaniya vətəndaşlığını ictimaiyyətdən gizlədib.

"RBK" xəbər saytı: G7 Xarici İşlər Nazirləri plenar iclasda Rusiya ilə münasibətləri müzakirə edəcəklər.



Әlaqәli Xәbәrlәr