Xarici mətbuat 03 may 2021

Xarici informasiya vasitəlirində dünya və Türkiyə gündiminə dair dərc olmuş Bəzi xəbərlərin başlıqları.

1632688
Xarici mətbuat 03 may 2021

“Spiegel.de”: Braziliya prezidenti Joair Bolsonaronun yeni növ koronavirus (Kovid-19) səbəbi ilə təxminən 400.000 braziliyalının ölümündə məsuliyyətini araşdırmaq üzrə istintaq komissiyası yaradılır.

“Deutsche Welle”: Avropa İttifaqı (Aİ) üzv dövlətlərdən tullantı sular ilə əlaqəli araşdırmalar aparılmasını istəyib. Aİ üzv dövlətlərə çağırış edib ki, Kovid-19 epidemiyasının erkən aşkarlanması üçün tullantı su sistemləri araştırılsın. Alyans bunu erkən xəbərdarlıq sistemi hesab edir.

“Frankfurter Allgemeine Zeitung”: Hindistanda aşkarlanan Kovid-19 mutasiyasının güman ediləndən daha təhlükəli olduğu düşünülür.

“Al-Raya Al-Katariye” (QATAR): İngiltərə 2022-ci ildə epidemiyalarla üzləşmək zirvəsinə ev sahibliyi edir.

“El-Mustakbal” (LİBON): Günəş fırtınası sürətlə Yer kürəsinə doğru irəliləyir, peyklər bundan mənfi təsirlənə bilər.

“Əl-Vətən” (OMAN): İran ABŞ-ın neft və bank embarqosunu qaldıracağını təxmin edir.

“El Tiempo” (Kolumbiya): Kolumbiya Prezidenti İvan Duquenin Vergi İslahatını ləğv edib və müxtəlif sektorlarla konsensus əsasında yeni bir layihə hazırlanacağını bildirməsi etirazlara səbəb olub.

“El Mundo” (İspaniya): 4 Mayda keçiriləcək Madrid Yerli Parlament Seçkiləri ərəfəsində Populist Partiyada (PP) Sevinc.

“El Universal” (Meksika): Meksikada bir nəfərdə Kovid-19-un hind variantı aşkar edildi.

“Le Figaro”: Fransada Kovid-19 əleyhinə mübarizə çərçivəsində həyata keçirilən məhdudiyyətlər mərhələli olaraq qaldırılır.

“Le Monde”: 1 May (hadisələr): Parisdə Ümumi İş Konfederasiyası (CGT) kortejinə qarşı zorakılıqla əlaqədar istintaq başladıldı.

“Le Parisien”: Fransa qatar şirkətləri (SNCF): Bu yay üçün maksimum 39 avrodan olmaqla 5 milyon bilet satacaq.

“Russia Today”: The National Interest qəzetinə görə, ABŞ Prezidenti Co Bayden-in Rusiya ilə bağlı ifadələrinə görə Rusiya və Çin arasında güçlü tərəfdaşlıq yaranabilər və bu da ABŞ-a ağır zərbə endirər.

“Regnum Agentliyi”: Ukraynanın şərqində birtərəfli müstəqilliyini elan edən Donetsk Xalq Respublikasının Prezidenti Denis Puşilin, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirdi.

“Lenta.ru”: Qırğızıstan və Tacikistan qarşılıqlı olaraq sərhəddəki qoşunlarını geri çəkdi. 29 apreldə baş verən atışma nəticəsində 34 Qırğızıstan əsgəri həyatını itirdi.

 



Әlaqәli Xәbәrlәr