Xarici mətbuat, 22 fevral 2021

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1626082
Xarici mətbuat, 22 fevral 2021

"azertag.az": Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya məkanında da uğurlarımızı şərtləndirirdi

"trend.az": Ərdoğan Türkiyə ilə Azərbaycan arasında daha bir sazişi təsdiq etdi

"zdf.de": Almaniya miqyasında yeni növ koronavirusa qarşı eyni tədbirlərin həyata keçirilməsini nəzərdə tutan qanuni tənzimləmə Parlament tərəfindən təsdiqləndi.

"Welt.de": Rusiya prezidenti Vladimir Putin Qərbə ölkəsinin qırmızı xəttini keçməməsi barədə xəbərdarlıq etdi.

"spiegel.de": Avropa İttifaqı (Aİ) 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazı emissiyalarını 55 faiz azaltmaq barədə razılığa gəldi.

"Elraya": (Qətər) Türkiyə və Birləşmiş Millətlər Təşkilatı İstanbul konfransının təxirə salındığını açıqladı.

"Aljazeera": Çad ... Müxalifət Çad prezidenti İdris Debinin öldürülməsindən sonra hərbi şuranın qərarını rədd edir və beynəlxalq qüvvələr dinc şəraitə keçişə çağırırlar.

"Elquds Elarabi": Suriyanın Kimyəvi Silahların Qadağan olunması Təşkilatına üzvlüyü "rejimin kimyəvi cinayətləri" səbəbindən dayandırıldı.

"El País" (İspaniya): 4 mayda Madriddə keçiriləcək yerli parlament seçkiləri ərəfəsində canlı yayımda görüşən namizədlər "Covid-19"dan vəfat sayıdanı bir-birlərinə qarşı istifadə etdilər.

"El Universal" (Meksika): Səlahiyyətlilər Hidalqo əyalətində ən az 3 "Covid-19" variantının olduğunu xəbərdar etdilər.

"Milenio.com" (Meksika): ABŞ-ın vitse-prezidenti Kamala Harris iyun ayında Meksikaya səfər edəcək.

"Le Monde": "Covid-19": Fransa Prezidenti Emmanuel Makron "AstraZeneca" peyvəndinə olan inamsızlığı aradan qaldırmaq istəyir.

"France 24": Emmanuel Makron Çad prezidenti İdris Debinin dəfn mərasimində iştirak edəcək.

"Le Figaro": Hindistan yoluxma sayı ilə dünya rekordunu qırdı, 24 saat ərzində təxminən 315.000 yeni yoluxma faktı qeydə alındı.

"Ria Novosti" agentliyi: Rusiya Federasiyası prezidenti Vladimir Putin Federal Məclisdəki çıxışında Rusiyaya qarşı təxribata hazırlaşanlara bu siyasətlərin mənfi nəticələri barədə xəbərdarlıq etdi.

"İzvestiya" qəzeti: Çexiyanın xarici işlər naziri Jakub Kulhanek deportasiya edilən bütün Çex diplomatlarının Rusiyaya yenidən qəbul edilməsini tələb etdi.

"TASS" agentliyi: Rusiya ABŞ səfirliyinin 10 işçisini ölkədən çıxarır. ABŞ-ın Rusiyadakı səfiri Moskvadakı iqamətgahından ayrıldı.



Әlaqәli Xәbәrlәr